2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
DSK bildirir ki, bu, 2016-cı illə müqayisədə 8.6 faiz azdır.
Yol-nəqliyyat hadisəsi nəticəsində 2469 nəfər zərər çəkib. Qəzalarda zərər çəkənlərin təqribən 10 faiz azaldığı bildirilir.
«Onlardan 750-si həlak olub, 1719-u isə yaralanıb. Hadisələrin 43.5 faizi gündüz, 38 faizi gecə, 18.5 faizi isə toran vaxtı baş verib. Bunun 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib», - məlumatda vurğulanır.