Ramiz Rzayevin yenidən hakimliyi təsdiqləndi

Ramiz Rzayev

Fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib.

«Report»un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün, fevralın 13-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə Milli Məclisə prezident İlham Əliyevin imzası ilə daxil olub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.