Rusiyada baş verən təyyarə qəzasında 71 nəfər ölüb

Antonov AN-148 təyyarəsi qəzaya düşüb

Son məlumata görə, qəza nəticəsində təyyarədə olan 65 sərnişin və 6 heyət üvünün hamısı həlak olub.

Bu barədə РИА «Новости» Moskva regionlararası nəqliyyat prokurorluğuna istinadla xəbər verir.

***

Azadlıq Radiosunun Rusiya xidməti heyət üzvlərinin adlarını açıqlayıb:

Valery Gubanov-heyət komandiri

Sergei Gamboryan-ikinci pilot

Anastasia Slavinskaya-bort bələdçisi

Viktoriya Kobol-bələdçi

Oleg Sergeev-texnik

Andrey Ryabinin-texnik

Ural56 saytı isə az sonra həlak olmuş sərnişinlərin siyahısını açıqlayıb.

***

Qazeta.ru-nun məlumatına görə, AN-148 təyyarəsinin pilotu dispetçerlərə nasazlıq barədə məlumat verib və təyyarə Jukovskda məcburu eniş etməli imiş.

Mənə bu barədə istintaqa yaxın şəxsə istinadla xəbər verir.

İnterfaks agentliyi isə şahidlərə istinadla xəbər verir ki, təyyarə hələ göydə ikən yanmağa başlayıb.

***

Qəza ilə bağlı Moskvada qaynar xətt yaradlılıb.Faktla bağlı hüquq-mühavizə orqanları istintaq aparır.

Hadisə yerindən azı 50 nəfərin çəsədi tapılıb. Rusiya prezidenti Vladimir Putin, Moskva Meri Sergei Sobyanin ölənlərin ailələri və yaxınlarına başsağlığı verib.

***

***

TASS agentliyi təyyarənin qalıqlarının aşkar edildiyini xəbər verir. Mənbənin məlumatına görə təyyarədə olanların hamısı həlak olub. Hadisə yerinə xilasedici briqadalar göndərilib. Araşdırma gedir. Rusiya aviasiya xidmətinin məlumatına görə, AN-148 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiq sonra radardan itib.

***

An-148

Rusiyada sərnişin təyyarəsi fevralın 11-də qəzaya uğrayıb.

Azadlıq Radiosunun məlumatına görə, Saratov hava şirkətinə məxsus təyyarə Moskvanın “Domodedovo” hava limanından Orska uçurmuş.

İnterfaks xəbər verir ki, təyyarə Moskva ətrafındakı Arqunovo kəndininin yerləşdiyi əraziyə düşüb.

Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olduğu bildirilir.

Kimlərinsə sağ qalma ehtimalı azdır.