Bakıda yağış, rayonlarda qar gözlənir

Yağış

Fevralın 10-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.