Bakıda yanğın, zəhərlənən var

Arxiv fotosu

Bu gün, fevralın 3-də Bakıda yanğın baş verdiyi, zəhərlənənlərin olduğu bildirilir.

APA-nın məlumatıma görə, yanğın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 156 ünvanında yerləşən binanın girişindəki mağazada baş verib.

Yanğınsöndürənlərin alova müdaxilə edib, onu söndürdüyü bildirilir.

Binada olan insanlar təxliyə olunublar. Hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib. Onların 1 saylı Klinik Tibbi Mərkəzə aparıldığı bildirilir.

Hadisə zamanı tüstüdən 3 uşağın da zəhərləndiyi, onlara yerində ilkin tibbi yardım göstərildiyi deyilir.

Onların durumunun normal olduğu açıqlanıb.