Kuba dövlət mediası ölkənin keçmiş lideri Fidel Castro-nun böyük oğlunun intihar etdiyini xəbərləyir.
Rəsmi “Granma” qəzetinin fevralın 1-də yazdığına görə, “bir neçə aydır bir qrup həkim tərəfindən dərin depressiyadan müalicə alan Fidel Castro Diaz-Balart bu səhər intihar edib”.
68 yaşlı Castro atasına çox bənzədiyinə görə “Fidelito” kimi tanınırdı. Ata Castro-nun 11 övladının olduğu bildirilir.
Dövlət mediası oğul Castro-nun dövlət şurasının elmi müşaviri, həmçinin Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrini tutduğunu yazır.
O, Fidel Castro-nun birinci arvadı – Mirta Diaz-Balart y Gutierrez-in dünyaya gətirdiyi oğlu idi.
Ata Castro kommunist Kubasına bir neçə on il rəhbərlik edəndən sonra, 2016-cı il noyabrın 25-də 90 yaşında dünyasını dəyişib.