Milli kinonun yubileyi qeyd olunacaq

Azərbaycan kinosu (arxiv fotosu)

Azərbaycan kinosunun 120 illiyi qeyd ediləcək.

Prezident İlham Əliyev bu gün, yanvarın 31-i bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda 2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümünün tamam olduğu vurğulanır. Bildirilir ki, neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçib.

Buna da bax: Elvin Adıgözəl: 'Kinonun tənəzzülündən Kinostudiya yox Mədəniyyət Nazirliyi günahkardır'

Sənəddə, Azərbaycan kinematoqrafiyasının 1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşdığı, bununla belə kino ənənələrinin qorunduğu ifadə edilir.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.