Özbəkistan prezidenti Shavkat Mirziyoev Milli Təhlükəsizlik Xidmətinə (MXX) illərdir rəhbərlik edən Rustam Inoyatov-u işdən çıxarıb. Bunu hökumətin iki aparıcı rəsmisi AzadlıqRadiosu-na təsdiqləyib. Inoyatov prezidentin rəqibi sayılırdı.
Mirziyoev yanvarın 31-də Baş Prokurorluq və MXX-nin toplantısında deyib ki, 73 yaşlı, MXX-yə 23 il rəhbərlik etmiş Inoyatov-u Ihtiyor Abdullaev əvəzləyəcək.
Özbək xidmətin danışan rəsmilər adlarının çəkilməsini istəməyiblər, çünki məsələ üzrə səlahiyyətli sayılmırlar.
General polkovnik rütbəsi daşıyan Inoyatov prezident Islam Karimov-un ölümündən sonra vəzifəsində qalmış azsaylı rəsmilərdən idi. Karimov-un öldüyü 2016-cı ilin sentyabrında açıqlanıb.
Özbəkistanda sovet KGB-sinin əsas varisi sayılan MXX bu ölkədə ən qapalı və güclü qurumlardan sayılır.
25 il hakimiyyətdə olan Karimov öləndə çoxları onu Inoyatov-un əvəzləyəcəyinə inanırdı.