E.Məmmədyarov Türkmənistana gedib

E.Məmmədyarov

Bu gün, yanvarın 31-də xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Səfər çərçivəsində E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və başqa rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.

Görüşlərdə ikitərəfli və regional məsələlərin müzakirəsi gözlənir.

E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə SOCAR, «Azərbaycan Dəmir Yolları» QSC, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin yüksəksəviyyəli təmsilçiləri daxildir.

Türkmənistan xarici işlər naziri R.Meredov 2014-cü il aprel ayının 2-dən 3-nə kimi Azərbaycanda səfərdə olub.Daha sonra isə o, 2017-ci ilin iyulunda Bakıya gəlib. R.Meredov həmin vaxt Bakı şəhərində keçirilən Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak edib.