Suriya və İraqdakı Azərbaycan uşaqlarından xəbər

Suriyada müharibə.

«Suriya və iraqda radikal dini qruplaşmaların tərkibində 300-dən artıq Azərbaycan vətəndaşının həlak olduğu barədə məlumatlar var».

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov deyib ki, radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər Azərbaycanda məsuliyyətə cəlb olunub:

«İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb».

Üstəlik, onun deməsinə görə, Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq Azərbaycandan olan uşaq və qadın müəyyənləşdirilib.

S.Heydərov deyib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub:

«19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq».