İ.Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

İlham Əliyev və Əşrəf Qani, 22 Dekabr 2015

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Prezident məktubunda bildirib ki, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərlənib.

Dövlət başçısı qeyd edib ki, bu bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir:

"Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Buna da bax: Kabildə törədilən hücumda 100-ə yaxın adam ölüb [video]

Xatırlatma

Yanvarın 27-də Kabildə diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədilib. Partlayış nəticəsində 100-ə yaxın şəxsin öldüyü, 190-dan çox insanın yaralandığı bildirilir.