Rusiyanın şərq sahilində zəlzələ olub

Arxiv fotosu

Rusiyanın şərq sahilində 6,2 bal gücündə zəlzələ olub. Məlumatı ABŞ Geoloji Xidməti (USGS) yayıb.

Qurum bildirir ki, yanvarın 25-də baş vermiş zəlzələnin episentri Berinq adasındakı Nikolskoye şəhərindən 38 kilometr şimal-şərqdə, 8,8 kilometr dərinlikdə baş verib.

Rusiyanın RIA dövlət xəbər agentliyi fövqəladə xidmət rəsmilərinə istinadla yazır ki, xəsarət alan olmayıb, sunami xəbərdarlığı da elan olunmayıb.