Fövqəladə Hallar Nazirliyi 2017-ci ildə ölkədə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
Statistikaya görə, 2017-ci ildə ölkədə 84 partlayış hadisəsi baş verib. Bu da 2016-cı il ilə müqayisədə 24 faiz çoxdur:
«Partlayışlar zamanı 17 nəfər ölüb, 87 nəfər xəsarət alıb».
2017-ci ildə baş vermiş yanğınlarda isə 51 nəfər ölüb, 225 nəfər xəsarət alıb. 2016-cı il ilə müqayisədə yanğında həlak olanlar sayında (3 nəfər) azalma var, Xəsarət alanlar isə 54 faiz çoxalıb.
2017-cı ildə ölkə ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2016-cı il ilə müqayisədə 1059 hadisə çoxdur. Baş verən təbii və texnogen hadisələr nəticəsində 72 nəfər ölüb, 334 nəfər xəsarət alıb.