Rusiyada bu il keçiriləcək futbol üzrə dünya çempionatı zamanı ölkə boyunca stadionlarda pivə satışına icazə veriləcək.
“Təkcə stadionlarda deyil, fan zonalarda da pivə satılacaq”, – Rusiya baş nazirinin müavini Vitaly Mutko yanvarın 24-də deyib.
Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.
İyunun 14-də Rusiya yığması Moskvada Səudiyyə Ərəbistanıyla qarşılaşacaq. Elə iyulun 15-də final oyunu da bu şəhərdə olacaq.
Hakimiyyət idman obyektlərinin qurulmasına və modernləşdirilməsinə 11 milyard dollarlıq vəsait ayırıb.