Azərbaycan əsgəri həlak olub.
Bu barədə bu gün, yanvarın 19-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin atəşkəs rejimini kobud surətdə pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər İbrahim Mənəfov həlak olub.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Bəzən isə cəbhədən hər iki tərəfə qara xəbərlər gəlir. Tərəflər, bir qayda olaraq, atəşkəs pozulmasına görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.