Mahaçqala merinə cinayət işi açılıb

Musa Musayev

Musa Musayev

Mahaçqalanın meri Musa Musayevlə bağlı cinayət işi başlanıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, onu vəzifə səlahiyyətlərini aşmaqda şübhəli sayırlar.

Rəsmi məlumata görə, ötən ilin yazında Musayev ASPK şirkətinə bazar dəyəri 81 milyon rubl olan torpaq sahəsi verib, amma rəsmi sənəddə məbləğ bir milyondan azacıq çox göstərilib.

TASS agentliyinin yazmasına görə, Musa Musayevin evində və iş yerində axtarış aparılıb, özü isə iclası təxirə salaraq evə gedib. Amma mer iş yerində olduğunu deyir.

Musayevin oğlu hazırda bir polis əməkdaşına hücumda ittiham olunur.