Navalny-nin konstitusiya məhkəməsinə şikayəti rədd olundu

Aleksei Navalny

Rusiyanın Konstitusiya Məhkəməsi müxalifət lideri Alexei Navalny-nin şikayətinə baxmaqdan imtina edib. Navalny martda keçiriləcək prezident seçkisinə hüquqi problemlər əsas gətirilərək buraxılmamasından şikayət verib. RIA xəbər agentliyi bu haqda bu gün – yanvarın 19-da məlumat yayıb.

Ötən il Rusiyanın Mərkəzi Seçki Komissiyası Navalny-yə qarşı şərti cəzanın mövcudluğunu əsas gətirərək onun seçkiyə namizədliyini qeydə almayıb.

Navalny və tərəfdarları ona qarşı ittihamların qondarma olduğunu bildirirlər.

Müxalifət lideri seçkini boykota çağırıb.