Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində müşahidə aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, «Teleqüllə» sürüşmə sahəsi aktivləşib. Onun bildirməsinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.
«Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar yaranıb. Elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çox saylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq», - deyə ekspedisiya rəisi qeyd edib.
Bu sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb göstərilir.