Rusiya silah satışından 14 milyard dollardan çox gəlir əldə edib

S-400

Rusiya 2017-ci ildə Rusiya ötən il silah satışından 14 milyard dollardan çox gəlir əldə edib

Bu barədə İnterfaks agentliyi yanvarın 13-də hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəə istinadla xəbər yayıb.

Rusiya prezidentinin köməkçisi Vladimir Kojin dekabrın sonunda bildirib ki, Qərbin sanksiyalarına baxmayaraq, 2017-ci ildə Rusiyanın yeni tərəfdaşları peyda olub. Özü də o ölkələr ki, bunadək heç vaxt Rusiyadan silah almayıblar.

Rusiya hərbi-texniki əməkdaşlıq idarəsinin rəhbəri Dimitry Shugaev hələ ötən ilin avqustunda bildirmişdi ki, Rusiya silah və hərbi texnikalarla bağlı ümumilikdə 47-50 milyard dollarlıq sifariş alıb.

Stokholmdakı beynəlxalq Sülh Araşdırmaları İnstitutu-nun məlumatına görə, ABŞ,Rusiya və Çin dünyada ən böyük silah ixracçıları olaraq qalır.

Dünyadakı silah satışının 23 faizi Rusiyanın payına düşür.

İlk beşlikdə sonrakı yerləri isə Fransa ilə Almaniya tutur.