Dağlıq ərazilərdə qar gözlənir

Bakı

Yanvarın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 1-3, gündüz 5-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 12-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Amma gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təxmin edilir.