Nazarbaev-in xalqa “vacib bəyanatı” gözlənir

Nursultan Nazarbaev

Qazaxıstan prezidenti Nursultan Nazarbaev yanvarın 9-da xalqa televiziyayla müraciət edəcək. Sözçüsü Aidos Ukibai yerli mediaya deyib ki, Nazarbaev-in xalqa “vacib bəyanat” verəcək.

Ukibai-ın deməsinə görə, bəyanat Nazarbaev-in xalqa illik müraciətiylə bağlıdır

77 yaşlı Nazarbaev 1989-cu ildən bu Orta Asiya respublikasını idarə edir. O, hər il xalqa fərqli tarixlərdə müraciət edir. Ötən il yanvarın 31-də etmişdi.

Ötənilki çıxışından bir neçə gün öncə Nazarbaev bəzi səlahiyyətlərini parlament və hökumətə verəcəyini demişdi. Amma ilin sonunda konstitusiyaya edilən dəyişikliklər nəticəsində prezident, hökumət və parlament arasında hakimiyyət bölgüsündə kosmetik dəyişiklik baş verdi.