Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Quandyq Bishimbaev təqsirsiz olduğunu, tabeçiliyində çalışanların onu «pis vəziyyətdə qoyduğunu» deyir. Bishimbaev rüşvətxorluq və mənimsəmə ittihamlarıyla mühakimə olunur.
Noyabrda məhkəməsi başlamış keçmiş nazir yanvarın 8-də keçirilən iclasda prezident Nursultan Nazarbaev və ölkəsindən üzr istəyib, ancaq qanunsuz heç nə etmədiyini də vurğulayıb.
“Düşdüyüm duruma görə utanıram. Komandamı yaradanda prezidenti pis vəziyyətdə qoydum”, – Bishimbaev deyib.
“Yanlış adamları seçdim, məndən və inamımdan istifadə etdilər. Buna görə prezidentdən və xalqdan üzr istəyirəm”, – deyən keçmiş nazir “prezidentə, ölkənin və xalqın maraqlarına dərindən sadiq olduğunu” vurğulayıb.
37 yaşlı Bishimbaev ötən ilin yanvarında həbs olunub. Həbsindən bir neçə həftə öncə Nazarbaev onu işdən çıxarmışdı.