Dağlıq Qarabağda erməni əsgərinin öldürüldüyü bildirilir

Ermənistan prezidenti Serzh Sarkisian (ortada) Dağlıq Qarabağda təlimləri izləyir, 2 noyabr, 2017-ci il

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionundakı etnik erməni ordusunun rəhbərliyi bir əsgərinin Azərbaycanlı snayper tərəfindən vurulduğunu bildirir.

29 yaşlı əsgər Vache Chilingarian-ın yanvarın 7-də öldürüldüyü qeyd olunur.

Hələlik, Azərbaycan bu məlumata rəsmi reaksiya verməyib. Ancaq Azərbaycan rəsmiləri adətən atəşkəsin Ermənistan tərəfdən pozulduğunu bildirirlər.

Dağlıq Qarabağın etnik erməniləri 1988-ci ildə Azərbaycandan ayrıldıqlarını bəyan ediblər. 1994-cü ilədək davam edən müharibədə 30 minədək adam həlak olub, yüz minlərlə adam evindən didərgin düşüb.

Münaqişənin həllindən ötrü aparılan danışıqlarda indiyədək elə bir uğur əldə olunmayıb.