Şimal rayonlarında yağıntı gözlənir

Foto arxiv

Yanvarın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Mülayim cənub-qərb küləyinin əsəcəyi və onun axşam şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.

Ölkənin əksər rayonlarında da bir elə yağıntı olmayacağı bildirilir.Ancaq şimal rayonlarında az yağıntı gözlənir.

Gecə əraziləidən asılı olaraq 5 dərəcə şaxtadan 6 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti gözlənir.

Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində isə şaxtanın 9-11 dərəcəyə qalxacağı gözlənir.