‘AzəriLayt’ yenidən 70 dollardan aşağı düşüb

Arxiv fotosu

Azərbaycan neftinin qiymətinin ucuzlaşdığı bildirilir.

AzərTAC-ın xəbərinə görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar ucuzlaşıb. Azərbaycan nefti hazırda 69,92 dollara satılır.

Buna da bax: Azərbaycan nefti 70 dollara yaxınlaşır

Halbuki, yanvarın 5-də Azərbaycan neftinin bir barreli 70,54 dollara yüksəlmişdi. Bu, son 3 ildə neftin qiymətində maksimum göstərici idi. Son bir gündə “Brent” və ”Layt” markalı neftin də ucuzlaşdığı açıqlanıb.