Silahlı Qüvvələrə Yardım Fonduna 2018-ci il yanvarın 1-nə kimi daxil olan vəsaitlərin məbləği acıqlanıb.
Bu barədə bu gün, yanvarın 4-də Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Fonda 88 milyon 8 min 970 manat köçürülüb.
Habelə, 212 min 874 ABŞ dolları, 9 min 536 avro və 5 milyon rus rublu daxil olub.
Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci il avqustun 17-də Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilib.