Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində yanğın baş verib.
Bu barədə bu gün, yanvarın 4-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları sıradan çıxıb:
«Yanğınsöndürənlər 7 nəfəri xilas ediblər. 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub».
Yanğının başqa mənzillərə keçməsinə imkan verilməyib, söndürülüb. Hadisənin baş vermə səbəbi açıqlanmır.