İsrail Qəzzaya zərbə endirib

Sarayevoda Fələstinə dəstək aksiyası, 17 dekabr, 2017-ci il

İsrail aviasiyası Qəzza zolağının cənubunda Hamas Fələstin hərəkatının hərbi obyektinə zərbə endirib. Bu zərbə İsrail tərəfə atılan raketə cavab olaraq endirilib. Məlumatı İsrail ordusunun təmsilçisi Twitter hesabında yayıb.

Xəsarət alanlar barədə informasiya yoxdur.

ABŞ dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra Qəzza zolağından İsrailə hücumların sayı artıb. Prezident Donald Trump səfirliyin də Təl Əvivdən Qüdsə köçürülməsinə qərar verib.

Bundan sonra Hamas qruplaşmasının lideri İsmail Hania fələstinliləri yeni intifadaya çağırıb.