Yanvarın 1-də günorta saatlarında İsmayıllı rayonunda zəlzələ baş verib.
Xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi yayıb.
Mərkəzin xəbərinə görə, saat 13:11-də İsmayıllı ərazisində 3.9 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ 9 kilometr dərinlikdə olub və hiss edilib. Dağıntı və tələfat haqda məlumat verilmir.
Yanvarın 1-i səhər saatlarında İsmayıllı rayonunda 3.3 maqnitudalı zəlzələ də qeydə alınmışdı. Həmin zəlzələ hiss olunmamışdı.