“Sonuncu Jedi"dən 1 milyard dollardan artıq gəlir gözlənir

Londonda filmin premyerası, 12 dekabr, 2017-ci il

“Ulduz Müharibələri” seriyasından sonuncu filminin ilk üç həftə ərzində 1 milyarddan artıq gəlir gətirəcəyi gözlənir. Bunu Disney studiya və sənaye ekspertləri deyir.

“Ulduz Müharibələri: Sonuncu Jedi”nin (Star Wars: The Last Jedi) Şimali Amerikada Yeni il bayramında 65,6 milyon dollar gəlir gətirəcəyi hesablanıb. Yanvarın 5-də Çində filmin premyerası başlanmazdan artıq 1 milyard dollarlıq hədd aşılacaq. Bunu “Exhibitor Relations” film sənayesinə nəzarət edən qurum dekabrın 31-də bildirib.

Həftəsonu əldə olunan rəqəm filmin Şimali Amerikada gətirdiyi gəliri 530,3 milyon dollara çatdırıb. Bütün dünyada isə 523 milyon dollar qazanıb.

Bu film “Ulduz müharbələri” seriyasından səkkizincidir.

“Sonuncu Jedi” indilik, ən çox gəlir gətirən filmlər içində səkkizinci yeri tutub. 2015-ci ildə “Ulduz Müharibələri: Güc oyanır” 965,5 milyon dollar qazanmışdı.

Hələlik, dünya üzrə rekord “Avatar”a məxsusdur – 2,7 milyard dollar.

“Variety” dərgisinin yazdığına görə, “The Last Jedi” beynəlxalq miqyasda gəlirə görə 24-cü yerdədir.