Polis İstanbulda 20 nəfəri həbs edib. Polisin bildirdiyinə görə, bu adamlar Yeni İl şənliklərində terror hücumları planlaşdırırmış.
Polisin məlumatına görə, tutulanların hamısı İslam Dövləti qruplaşmasının üzvləridir. Onların bəziləri xaricidir.
Dekabrın 1-də İstanbulda İslam Dövləti qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 60-dan çox adam saxlanmışdı.
Noyabrda isə Türkiyənin Baş Təhlükəsizlik İdarəsi 283 adamın saxlandığı haqda məlumat yaymışdı. Həmin adamlardan 60-dan çox əldəqayırma partlayıcı qurğular tapılmışdı.