Alpinistlərin axtarışı davam edir

arxiv

İtkin düşən alpinistlərin axtarışlarının dekabrın 31-də də davam etdiyi bildirilir. Bu bardə açıqlamanı Fövqəladə Hallar Nazirliyi (FHN)yayıb.

Açıqlamya görə, axtarışda FHN-in aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi iştirak edir.

Bundan başqa,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, AzərbaycanƏrazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin( ANAMA) mütəxəssislərinin, peşəkar alpinistlərdən ibarət könüllü dəstəninvə xüsusi təlim keçmiş itlərində axtarışlara cəlb edildiyi bildirilir.

Xatırlatma

Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağa (4191m) yürüş ediblər. Elə həmin gündən də onlarla əlaqə olmayıb. Alpinistlərin axtarışlarına ancaq dekabrın 27-dən başlanıb.

FİN-inaçıqlamalarına görə,alpinistlərin itkin düşməsi ilə bağlı onlara yalnız dekabrın 26-da məlumat verilib.

Nazirlik, vurğulayır ki, axtarışlar səhər saat 6-dan 17-yə kimi davam edir.