Dekabrın 31-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər zəif duman, çiskin olacağı, cənub-qərb küləyinin əsəcəyi, gündüz şimal-qərb küləyi ilə əvəzləncəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da dekabrın 31-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı bildirilir. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti təxmin edilir.