Misirdə kilsədə azı 10 nəfər öldürülüb

Hadisə yeri

Misirin paytaxtı Qahirə yaxınlığında pravoslav kopt kilsəsinə hücumda silahlı da daxil olmaqla azı 10 nəfər öldürülüb. Məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb.

Hücum edən Marmina kilsəsinə girməmişdən öncə beş mühafizəçini yaralayıb. Bundan sonra təhlükəsizlik əməkdaşları onu güllələyiblər.

Misir dövlət televiziyası ikinci hücum edənin hadisə yerindən qaçdığını, ancaq daha sonra saxlandığını bildirir.

Hücuma görə məsuliyyəti, hələlik, götürən olmasa da, İslam Dövləti (İŞİD) yaraqlıların indiyədək bir neçə dəfə kopt xristianlarına hücumlar ediblər.

Ötən ilin dekabrında Qahirədə kilsəyə intiharçı hücumuna görə də məsuliyyəti İŞİD üzərinə götürmüşdü.

Kopt xristianları Misirin 93 milyonluq əhalisinin 10 faizini təşkil edirlər.