Rusiyanın hüquq-mühafizə orqanları müxalifət lideri Aleksei Navalny-nin 2018-ci ilin martında keçiriləcək prezident seçkisini boykota çağırmaqla qanunvericiliyi pozub-pozmadığını “şübhəsiz” araşdıracaq.
Bunu prezident Vladimir Putin-in sözçüsü Dmitry Peskov dekabrın 28-də jurnalistlərə deyib.
Seçkiyə buraxılmayan Navalny yanvarın 28-də “seçici tətili” və ümumölkə nümayişlərinə çağırıb.
“Belə çağırışların və niyyətlərin qanuni olub-olmadığını araşdıran uyğun agentliklərimiz var. Şübhəsiz, bunu edəcəklər”, – Peskov deyib.
Hələ Navalny yanvarın 28-nə nümayiş təyin etməmişdən, Peskov onun seçkini boykot çağırışlarının yoxlanacağını demişdi.
Kremlin açıq tənqidçisi olan Navalny-yə iki dəfə cinayət işi açılıb, o, həmin ittihamların siyasi səbəblərlə uydurulduğunu deyib.