İlin sonuncu hərracında məzənnə dəyişmədi

Dollar

Dekabrın 28-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində formalaşıb.

Bu gün, dekabrın 28-də də elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər olmuşdu. Son hərraclarda məzənnə dəyişməz qalır.

Amma bu ilin əvvəlindən manatın dollara nisbətən 3.4, fevral ayı ilə müqayisədə isə 10 faizdən çox bahalaşdığı bildirilir.

Növbəti hərrac birdə gələn il keçiriləcək. Hərraclar həftədə iki dəfə təşkil edilir. Bayram və istirahət günlərində hərraclar olmur.