Bu gün, dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib.
AzərTAC-ın xəbərinə görə, prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək məqsədi ilə “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
Toplantıda 2017-ci ildə Rusiyanın MDB-yə sədrliyinə yekun vurmaq və müxtəlif sahələrdə gələcək inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi aparılması nəzərdə tutulur.
Buna da bax: 'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'
Xatırlatma
MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.
Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvilik bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvilik məsələsini ratifikasiya edib.
Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.