Rusiya Suriyada iki hərbi bazada daimi qalmaqdan ötrü işə başlayıb. Rusiyanın müdafiə naziri Sergei Shoigu-nun sözlərinə görə, bunlar Rusiyanın Tartusdakı donanma obyekti və Latakya şəhəri yaxınlığında Rusiyanın idarə etdiyi Khmeimim hava bazasıdır.
Shoigu dekabrın 26-da deyib ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə “əsas bazaların strukturu və heyətini təsdiqləyib” və Rusiya həmin bazalarda daimi qrup formalaşdırmağa başlayıb.
Rusiya Federasiya Şurası isə dekabrın 26-da Tartusdakı donanma bazasındakı Rusiya qüvvələri barədə Moskvayla Suriya hökuməti arasındakı razılaşmanı ratifikasiya edib. Bu sənəd Dəməşqdə yanvarın 18-də imzalanıb.
Sənəd Rusiya donanmasının burada texniki təchizat və logistika bazasını genişləndirməsini nəzərdə tutur.
49 illiyə nəzərdə tutulmuş sənəd 25 illik müddətə uzadıla bilər.