Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak edən 205 nəzarətçi-müəllim bazadan xaric edilib.
APA-nın xəbərinə görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 205 nəzarətçi-müəllim müxtəlif qayda pozuntularına, köçürmə hallarına yol verdiklərindən bazadan xaric olunublar.
M.Abbaszadə vurğulayıb ki, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib:
«15 nəzarətçi-müəllim və 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib».