“Azərbaycan bankları investisiya xidmətləri göstərəcəklər”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəhbəri Ruslan Babayev deyib.
O, bu gün, dekabrın 21-i Bakıda “Maliyyə bazarları 2018-ci ildə” mövzusunda keçirilən tədbirdə çıxış edib.
Onun deməsinə görə, bankların investisiya xidmətləri göstərməsi gələn il mümkün olacaq.
“Bu məsələ ilə bağlı qərar 2018-ci ilin birinci yarısının sonuna qədər qəbul ediləcək”, - idarə rəisi deyib.
Buna da bax: Ekspert: 'Məzənnə nöqteyi-nəzərindən 2018-də problemlər ola bilər'
O bildirib ki, bununla bağlı qanunvericiliyin dəyişdirilməsindən ötrü təkliflər zərfi, artıq hazırdır.
Maliyyə Bazarlarına Nəzarət Palatası keçən il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Qurumun yaradılmasında sonra banklara nəzarətlə bağlı bir sıra səlahiyyətlər Mərkəzi Bankdan alınaraq bu palataya verilib.