Ukrayna baş naziri Volodymyr Hroysman-ın köməkçisi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti olmaqda şübhəli bilinərək saxlanıb.
Hökumətin parlamentdəki təmsilçisi Vadym Denysenko dekabrın 21-də 112.UA televiziyasına müsahibəsində deyib ki, Stanislav Yezhov bir gün öncə saxlanıb.
Medianın yazdığına görə, Yezhov Hroysman-ı beynəlxalq səfərlərdə müşayiət edib və bir çox hallarda ona tərcüməçilik edib.
O, daha öncə prezident administrasiyasından, Ukraynanın Birləşmiş Ştatlardakı səfirliyində çalışıb.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) dekabrın 20-də bir hökumət işçisini saxladığını bildirib, ancaq kimliyini açıqlamayıb. Onun “işğalçı ölkənin təhlükəsizlik xidmətlərininmaraqlarına uyğun çalışmaqda” şübhəli bilindiyi qeyd olunub.
SBU-nun məlumatına görə, saxlanana şübhəli olduğu rəsmən bildirilib.