Dekabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı təxmin edilir. Cənub küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da dekabrın 19-da havanın, əsasən, yağmursuz olacağı vurğulanır. Gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təxmin edilir.