ABŞ səfirliyi regionlarda seminarlar keçirir

ABŞ bayrağı

ABŞ-ın Azərbaycandakı səfirliyi TAMAS Regional İnkişaf İctimai Birliyi ilə birgə regionlarda tədris proqramı təşkil edib.

Bu haqda səfirliyin bu gün, dekabrın 14-ü yaydığı məlumatda bildirilir.

Tədris proqramı Gəncə, Qazax və Samuxda təşkil olunub.

Səfirliyin məlumatına görə, «Vital Voices Global Partnership» təşkilatından Jaime Cordes ABŞ hökumətinin dəstəyi ilə «Alumni MAX» Tədris Proqramı vasitəsilə Azərbaycana səfər edib. O, 12-18 dekabrda insan alveri və gender əsaslı zorakılıqla bağlı seminarlar keçirir.

Seminarlar Samux rayonunda, Bakı Dövlət Universitetinin Qazax filialında, Gəncədə «Gələcəyə Körpü» Gənclər İctimai Birliyində və Dövlət Universitetində keçiriləcək.