Arif Hacılı 'bandotdel'ə çağırılıb

Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılının «bandotdel» kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığı bildirilir.

A.Hacılı AzadlıqRadiosuna açıqlamasında bu məlumatı təsdiq edib.

Müsavat başqanı sabah, dekabrın 15-i saat 14:00-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmalıdır.

Çağırışın səbəbləri barədə bilgi verilmir.

Məsələyə hələlik Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də aydınlıq gətirmək mümkün olmayıb.