«Donor hovuzunun artırılma yollarından ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparır».
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.
O bildirib ki, Azərbaycanda, əsasən, canlı qohum donorlarından istifadə olunur.