Bakıda Azərbaycanla Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası başlayıb.
Bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, komissiyanın iclası iki gün davam edəcək.
Toplantıda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirməlidir. Həmçinin, 2018-ci illə bağlı əsas fəaliyyət istiqamətləri müzakirə olunmalıdır.
Sonda toplantının yekunlarına dair protokol imzalanacağı bildirilir.