Maaşlar 6 faiz artıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı camaatının maaşı nəyə çatır, nəyə çatmır? [Sorğu]

2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 6.4 faiz artaraq 525.4 manat olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə bildirilir. Noyabrın 1-nə olan məlumata görə, ölkədə 1 milyon 517.8 min nəfər muzdla çalışanlar var. Onlardan 878.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Azərbaycanda bir çox şəxslərin əmək müqaviləsi olmadan, qeyri-rəsmi fəaliyyət göstərdiyi bildirilir.

Bu ilin 10 ayında isə ölkədə ərzağın 17 faizdən çox bahalaşdığı, inflyasiyanın 14 faizə yaxınlaşdığı bildirilir.