Prezident Donald Trump-ın keçmiş seçki kampaniyası sədrinə qarşı cinayət işinə baxan hakim ona xəbərdarlıq edib. Səbəb Paul Manafort-un xarici qəzetlərdə köşə yazıları yazmağa çalışmasıdır.
İttihamçılar ötən həftə Manafort-a qarşı iddia qaldıraraq bildiriblər ki, ev dustaqlığında olmasına baxmayaraq, o, ukraynalı həmkarıyla işləyərək ingiliscə çıxan “Kyiv Post” qəzeti üçün məqalə yazır.
Ukrayna hökumətinin keçmiş rəsmisinin adından dərc olunan məqalədə Manafort-un Ukraynadakı siyasi fəaliyyəti alqışlanıb.
Hakim Amy Jackson dekabrın 11-də keçirilən məhkəmə iclasında Manafort-u danlayıb və ona xəbərdarlıq edib ki, gələcəkdə bu cür işlər ona qarşı cinayət işinə təsirini göstərə bilər.
Manafort biznes ortağı Rick Gates-lə birlikdə çirkli pulyuma, xarici agent kimi qeydiyyatdan keçməmə və digər ittihamlarla suçlanır. Manafort bir neçə il Ukraynada rusiyapərəst siyasi partiyalarla işləyib.
O, avqustda Trump-ın seçki kampaniyasından istefa verib.
ABŞ-da xüsusi müşavir Robert Mueller Rusiyanın ötən ilki seçkiyə müdaxilə cəhdlərini araşdırır. İndiyədək Trump-ın dörd həmkarına ya ittiham verilib, ya da federal ittihamlar qarşısında təqsirini boynuna alıb.