Nyu Yorkda avtovağzalda partlayış olub

Nyu York, 11 dekabr, 2017-ci il

Nyu York Polis Departamenti bildirir ki, Menhettendə “naməlum mənşəli” partlayış xəbərlərini araşdırır.

Polis departamenti rəsmisinin Twitter hesabına görə, partlayış 42-ci küçə və 8-ci prospektdə baş verib.

Nyu York şəhəri Yanğın Departamenti də Menhetten avtovağzalında insidentlə məşğul olduğunu açıqlayıb.

Media şübhəlinin saxlandığını bildrir.

Bir neçə nəfərin xəsarət aldığı xəbər verilir.