Taksilər dayandıqları yerin fərqinə varmalı, yoxsa...

Sizin brauzer HTML5-i dəstəkləmir

Taksi sürücülərinə yeni tələblər

Azərbaycanda taksi fəaliyyəti göstərən avtomobillərin yalnız xüsusi müəyyən edilən və müvafiq qaydada işarələnən duracaq yerlərindən istifadə edə biləcəkləri deyilir.

APA-nın xəbərinə görə, bununla bağlı «Avtomobil nəqliyyatı haqqında» Qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.

Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilən və işarələnmiş duracaq yerlərindən istifadə edə biləcək. Əks halda, onun cərimələnəcəyi gözlənir.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarıla bilər.